Ermənistanda koronavirusdan ölənlərin sayı 131-ə çatdı

  31 May 2020    Oxunub : 2503
Ermənistanda koronavirusdan ölənlərin sayı 131-ə çatdı
Ermənistanda koronavirusa yoluxanların sayı 9282 nəfər çatıb.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, son sutkada daha 355 yeni yoluxma qeydə alınıb, 4 nəfər virusdan ölüb.

Pandemiya qurbanlarının ümumi sayı 131 nəfərdir. Koronavirusa yoluxmuş və "digər xəstəlikdən öldüyü" deyilənlər isə 50 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Koronavirus   COVID-19