ABŞ-da 1400-ə yaxın etirazçı saxlanılıb

ABŞ-da 1400-ə yaxın etirazçı saxlanılıb
  31 May 2020    Oxunub:3383
ABŞ-ın 17 şəhərində afroamerikalı Corc Floydun ölümü ilə bağlı keçirilən etiraz aksiyalarında 1400 nəfərə yaxın nümayişçi saxlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Bildirilib ki, bu günə kimi azı 1383 nəfər saxlanılıb. Lakin onların dəqiq sayının daha çox ola biləcəyi istisna deyil.

Polis aksiyalar zamanı etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Xəsarət alanların olduğu bildirilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Etiraz  





Xəbər lenti