Şəkinin mərkəzində qonur ayı göründü - FOTO

Şəkinin mərkəzində qonur ayı göründü -  FOTO
  31 May 2020    Oxunub:5311
Bu gecə saat 4 radələrində Şəki şəhərinin mərkəzində qonur ayının hərəkət etdiyi müşahidə olunub.
Bu barədə Azvision.az -a Şəki Regional Ekologiya İdarəsindən məlumat verilib.

Bildirilib ki, idarənin əməkdaşları polislə birgə ayının insanlar üçün təhlükə yaratmaması üçün tədbirlər görür, onun vəhşi təbiətə qaytarılması üsulları nəzərdən keçirilir:

"Vətəndaşlardan xahiş edilir ki, ehtiyatlı olsunlar, ayının müvəqqəti təcrid edildiyi Axundzadə prospektinin 20 Yanvar küçəsi ilə kəsişdiyi əraziyə yaxınlaşmasınlar".



Azvision.az


Teqlər: Şəki   Ayı  





Xəbər lenti