İki marşrutun hərəkət istiqaməti dəyişdirilir

İki marşrutun hərəkət istiqaməti dəyişdirilir
  30 May 2020    Oxunub:2712
İyunun 1-də Pirşağı qəsəbəsində aparılan işlər ilə əlaqədar olaraq, Y.Əliyev küçəsində (Pirşağı qəsəbəsi) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az -a verilən məlumata görə, bu səbəbdən 173 və 179 nömrəli marşrutların hərəkət istiqamətləri dəyişdirilərək 179 nömrəli marşrutun son dayanacaq məntəqəsi Y.Əliyev və H.Əliyev küçələrinin kəsişməsində təşkil ediləcək.

173 nömrəli marşrut isə qəsəbəyə daxil olduqdan sonra alternativ olaraq Novxanı-Pirşağı yolu ilə hərəkət edəcək.

Azvision.az


Teqlər: BNA  





Xəbər lenti