COVID-19 İranda 7734 nəfərin həyatına son qoydu

  30 May 2020    Oxunub : 2212
 COVID-19 İranda 7734 nəfərin həyatına son qoydu
İranda son sutka ərzində koronavirusa 2282 yeni yoluxma qeydə alınıb.

Azvision.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.
Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 148 950 nəfərdir. Koronavirus qurbanlarının sayı 57 nəfər artaraq 7734-yə çatıb. İndiyədək 116 827 xəstə sağalıb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: İran   virus