Daha bir marşrutda “BakuBus”ın avtobusları işə başladı

Daha bir marşrutda “BakuBus”ın avtobusları işə başladı
  30 May 2020    Oxunub:3416
Mayın 30-dan 11 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımalar “BakuBus” MMC tərəfindən icra edilir.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az -a bildirilib ki, 11 nömrəli xətt üzrə sərnişinlərə ekoloji baxımdan təmiz, “Avro 6” standartlarına cavab verməsi ilə fərqlənən 12 metrlik avtobuslarla xidmət göstərilir. Dəyişiklik gündəlik 30 minədək sərnişinin daha təhlükəsiz və rahat daşınmasına imkan verir.

Bununla nağdsız ödəniş sisteminə inteqrasiya olunan müntəzəm marşrut xətlərinin sayı 35 olub.

Azvision.az


Teqlər: BNA  





Xəbər lenti