ABŞ-da etirazlar davam edir: Bank binası yandırıldı

 ABŞ-da etirazlar davam edir:  Bank binası yandırıldı
  30 May 2020    Oxunub:3832
ABŞ-ın Minneapolis şəhərində etirazçılar mağazaları dağıdıb və "Wells Fargo" Bankının binasını yandırıblar.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, yandırılan bank binası polis bölməsinin qarşısında yerləşir.

ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində artıq üçüncü gündür ki, Corc Floyd adlı qaradərili vətəndaşın polis tərəfindən boğularaq öldürülməsi ilə əlaqədar etiraz aksiyaları keçirilir. Aksiya iştirakçıları ABŞ-da polis özbaşınalığına son qoyulmasını və irqi ayrı-seçkiliyin aradan qaldırılmasını tələb edirlər.

Hazırda etirazlar ölkənin bir çox şəhərlərində davam edir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ABŞ   Etiraz  





Xəbər lenti