Pentaqon etirazçıların üzərinə ordu göndərir - FOTOLAR

  30 May 2020    Oxunub : 3855
 Pentaqon etirazçıların üzərinə ordu göndərir -  FOTOLAR
Pentaqon etiraz aksiyalarının qarşısını almaq üçün hərbi polisi Minneapolisə göndərməyə hazırlaşır.

Azvision.az xəbər verir ki, bu barədə "Assoişeyted Press" agentliyi vəziyyətlə yaxından tanış olan mənbələrə istinadən məlumat yayıb.
Orduya bununla bağlı ABŞ hərbi polis bölmələrini xəbərdar etməsi əmr edilib. Şimali Karolinadakı Fort -Breqq və Nyu-Yorkdakı Fort- Dramdan olan əsgərlər dörd saat ərzində hazır olmaları üçün göstəriş alıblar.

Qeyd edək ki, Minnepolis ştatında fırıldaqçılıqda şübhəli bilinən Corc Floyd adlı şəxs polis tərəfindən öldürülüb. Belə ki, polis dizi ilə onun boynunu sıxıb. Bu zaman şübhəli şəxs dəfələrlə nəfəs ala bilmədiyini söyləsə də, polis buna məhəl qoymayıb. Bir müddət sonra Corc Floyd huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Məlum hadisədən sonra ölkəni etiraz dalğası bürüyüb.















Şahanə Rəhimli
Azvision.az

Teqlər: ABŞ