Rayonlara gediş-gəlişin bərpası ilə bağlı açıqlama

  Rayonlara gediş-gəlişin bərpası ilə bağlı açıqlama
  29 May 2020    Oxunub:4968
Rayonlara gediş-gəlişin bərpası yoluxmanın səviyyəsindən asılıdır. Son günlər yoluxma səviyyəsinin artması bu məsələlərə konservativ yanaşma tələb edir.
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, sərbəstlik artdıqca, yoluxma sayı da artır.

"Narıncı zonada yoluxma artıb. Gediş-gəlişin intensivliyi artarsa, sarı zonada da artıma səbəb ola bilər. Hələlik məsələni bu mərhələdə saxlamağa çalışırıq".

Aytən Zəhra
Azvision.az



Teqlər: Koronavirus   COVID-19   Rayon  





Xəbər lenti