Koronavirus onlara mane ola bilmədi: Xəstəxanada evləndilər - FOTOLAR

  29 May 2020    Oxunub : 7565
Koronavirus onlara mane ola bilmədi:  Xəstəxanada evləndilər - FOTOLAR
Koronavirusla əlaqədar toylarını təxirə salan ingiltərəli həkim Annalan Navaratnam və tibb bacısı Jan Tipping çalışdıqları xəstəxanada evləniblər.
Azvision.az xəbər verir ki, cütlüyün xaricdə olan ailələri və qonaqlar mərasimə onlayn şəkildə qoşulublar.

Onlar bildiriblər ki, son zamanlar daha çox xəstəxanada olduqlarını nəzərə alaraq, belə bir qərar qəbul ediblər.

Böyük Britaniyanın səhiyyə naziri Matt Hankok isə cütlüyü sosial şəbəkə hesabında təbrik edib.







Kənan Məmmədov
Azvision.az

Teqlər: Koronavirus   Toy