Gürcüstan Prezidenti Azərbaycanı təbrik etdi

  28 May 2020    Oxunub : 2347
   Gürcüstan Prezidenti Azərbaycanı təbrik etdi
Gürcüstan Prezidenti Salome Zurabişvili 28 May - Respublika Günü münasibətilə Azərbaycanı təbrik edib.
Azvision.az xəbər verir ki, bu barədə Zurabişvili “Twitter” hesabında paylaşım edib.

"Respublika Günündə Azərbaycan Prezidentini təbrik edirəm. Gürcüstan və Azərbaycan arasında tarixi dostluq və möhkəm tərəfdaşlıq mövcuddur. Azərbaycan xalqına sülh, əmin-amanlıq və xüsusən də çətin pandemiya dövründə sağlamlıq arzulayıram”, - deyə təbrikdə qeyd olunub.

Azvision.az

Teqlər: Gürcüstan   Zurabişvili   Təbrik