FHN Bakıda intihara cəhdlə bağlı məlumat yaydı

FHN Bakıda intihara cəhdlə bağlı məlumat yaydı
  11 Yanvar 2014    Oxunub:1320
övqəladə Hallar Nazirliyi bu gün axşam saatlarında Bakıda baş verən intihara cəhdlə bağlı rəsmi məlumat yayıb. AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, paytaxtın Xətai rayonunda 1 nəfər intihar etmək məqsədilə tikilməkdə olan 16 mərtəbəli binanın damına çıxıb.

Dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Xilaesdicilər tərəfindən intihar cəhdinin qarşısını almaq üçün təhlükəsizlik yastığı quraşdırılıb, alpinist ləvazimatlarının və müvafiq xilasetmə avadanlıqlarının hazırlanması işləri, vətəndaşların təhlükəsiz məsafəyə uzaqlaşdırılması təmin edilib.

Xilasedicilər intihar etmək istəyən şəxslə müvafiq psixoloji söhbətlər aparıblar. Aparılmış danışıqlar nəticəsində xilasedicilər tərəfindən intihara cəhdin qarşısı alınıb. İntihar etmək istəyən şəxs aidiyyəti üzrə təhvil verilib.


Teqlər:  





Xəbər lenti