Qırğızıstanda 326 tibb işçisi koronavirusa yoluxub

  28 May 2020    Oxunub : 2364
Qırğızıstanda 326 tibb işçisi koronavirusa yoluxub
Qırğızıstanda son sutkada koronavirusa 74 yeni yoluxma faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, virusa yoluxanların ümumi sayı 1594-ə çatıb. Onlardan 326 nəfəri tibb işçisidir. İndiyədək 1066 nəfər sağalıb, 16 xəstə həyatını itirib.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Qırğızıstan   virus