İnger Andersen Azərbaycan Prezidentini təbrik etdi

  27 May 2020    Oxunub : 3067
İnger Andersen Azərbaycan Prezidentini təbrik etdi
BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru İnger Andersen Azərbaycan Respublikasının Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Azvision.az xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaq mənə qürur hissi verir.

Azərbaycanın ətraf mühiti qorumaq və gələcək nəsillər üçün davamlı irs yaratmaq istiqamətində son illərdə nəzərəçarpan nailiyyətlər əldə etməsi ilə bağlı aşağıdakı bəzi məqamları məmnunluqla qeyd edirəm:

- 2019-cu ilin noyabrında bir gündə 650 min ağacın əkilməsi kimi kampaniya iqlim dəyişikliyinə mənfi təsirlərin yumşaldılmasına nəzərəçarpan töhfə idi. Həmin il Azərbaycan deqradasiyaya uğramış və meşəsizləşdirilmiş yüz milyonlarla hektar sahələrin yenidən bərpası məqsədilə Bonn çağırışına qoşulub.

- Sovet dönəmindən qalmış, Bakı şəhəri ətrafında neftlə çirklənmiş ərazilərin təmizlənməsi Xəzər sahilinin böyük ərazilərində Bakının və şəhərətrafının milyonlarla sakini arasında daha sağlam və təhlükəsiz ətraf mühiti təbliğ etmək məqsədilə yeni inkişaf imkanlarını ərsəyə gətirmək üçün irəliyə atılan böyük addım idi.

- Bioloji müxtəlifliyi qorumaq və ekoturizmi təbliğ etmək məqsədilə Xəzər dənizi sahili zonasında nadir ətraf mühitin qorunduğu Qızılağacda bütün Xəzər regionunda ilk dəniz milli parkı salınıb.

Bundan əlavə, Azərbaycan tullantıların azaldılması, nadir dəniz ekosisteminin konservasiyası, çirklənmənin qarşısının alınması fəaliyyətlərində iştirak edərək, Tehran Konvensiyası ilə idarə olunan BMT-nin Ətraf Mühit Proqramının işinə töhfə olaraq Xəzərdə dəniz mühitinin qorunmasında əhəmiyyətli rol oynayır.

Zati-aliləri, bir daha fürsətdən istifadə edərək, bu önəmli bayram münasibətilə Sizi təbrik edir, Azərbaycan Respublikası ilə davamlı əməkdaşlığı səbirsizliklə gözləyirəm.

Ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Azvision.az

Teqlər: Prezident   Təbrik   Məktub