Daha 175 Azərbaycan vətəndaşı ölkəyə gətirildi - FOTOLAR

  27 May 2020    Oxunub : 2803
   Daha 175 Azərbaycan vətəndaşı ölkəyə gətirildi -  FOTOLAR
Bu gün Milli aviadaşıyıcının çarter reysi ilə 175 nəfər Azərbaycan vətəndaşı Moskvadan Bakıya çatdırılıb.
"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, ölkəyə gələn bütün sərnişinlər reysdən sonra karantinə yerləşdirilib.

Qeyd edək ki, çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.









Azvision.az

Teqlər: AZAL   Moskva   Vətən   Rusiya