FHN sosial dəstək tədbirlərini davam etdirir - VİDEO

  27 May 2020    Oxunub : 2213
FHN sosial dəstək tədbirlərini davam etdirir -    VİDEO
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Biz birlikdə güclüyük!" çağırışına əsasən, Fövqəladə Hallar Nazirliyi Ramazan bayramı günlərində də sosial dəstək tədbirlərini davam etdirir.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi siyahılar əsasında Bakı şəhərinin Xəzər, Sabunçu, Suraxanı, Qaradağ, Xətai və Binəqədi rayonlarında yaşayan tənha şəxslərə və aztəminatlı ailələrə, o cümlədən şəhid ailələrinə ərzaq yardımı və tibbi maskalar çatdırılıb.



4000 ailə üçün nəzərdə tutulan yardımları vətəndaşlara çatdıran FHN əməkdaşları ölkəmizdə koronavirusun (COVID-19) geniş yayılmasının qarşısının alınması məqsədilə onlarla maarifləndirici söhbətlər də aparıb, sosial məsafənin qorunması, tibbi maskalardan istifadə və digər sanitar-gigiyenik tələblərə əməl edilməsinin vacibliyini bildiriblər.

Azvision.az

Teqlər: FHN