Xaricdə cəza çəkən 143 azərbaycanlı ölkəyə gətirilib

  27 May 2020    Oxunub : 2495
   Xaricdə cəza çəkən 143 azərbaycanlı ölkəyə gətirilib
Son 5 il ərzində Ədliyyə Nazirliyi tərəfindən 161 əcnəbi məhkumun təhvil verilməsinə, xaricdə cəza çəkən 143 soydaşımızın isə Azərbaycana gətirilməsinə nail olunub.
Azvision.az xəbər verir ki,bu barədə Ədliyyə Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, bu tədbirlər, ilk növbədə, məhkumların və onların ailə üzvlərinin mənafelərinin təmin olunmasına, vətəndaşlarımızın ailələrinə yaxın ərazidə cəza çəkmələrinə, yaxınları ilə görüşmək imkanlarının asanlaşdırmasına və sosial adaptasiyasına kömək etməklə həmin məhkumların islah olunaraq sonradan cəmiyyətə normal qovuşmasına xidmət edir.

Azvision.az

Teqlər: Həbsxana   Məhkum