Artıq ev heyvanları da koronavirusa yoluxur

Artıq ev heyvanları da koronavirusa yoluxur
  27 May 2020    Oxunub:3006
Rusiyada 5 yaşlı pişik koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Dünya Heyvan Sağlamlığı Təşkilatı məlumat yayıb.

Bildirilir ki, pişiyin burun və boğazından götürülən nümunələr test edilib və heyvanın virusa yoluxduğu təsdiq olunub. Pişik yaşadığı ərazidə karantinə götürülüb.

Qeyd edək ki, pişiyin virusa yoluxduğunu göstərən ilkin əlamətlər və sahibinin xəstəlikdən əziyyət çəkib-çəkmədiyinə dair məlumat verilməyib.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Koronavirus   Rusiya   Pişik   Heyvan  





Xəbər lenti