Belarusda 214 nəfər koronavirusdan ölüb - 897 yeni yoluxma

 Belarusda 214 nəfər koronavirusdan ölüb -  897 yeni yoluxma
  27 May 2020    Oxunub:3320
Belarusda son sutkada 897 nəfər koronavirusa yoluxub, bununla da aşkar edilmiş ümumi yoluxma sayı 38 956-ya çatıb.
Azvision.az ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, daha 6 xəstə vəfat edib. Epidemiya başlayandan bəri 214 nəfər koronavirusdan ölüb.

Belarusda son bir neçə həftə ərzində virusa yoluxma tempi 900-dən aşağı düşüb. İndiyədək COVID-19 diaqnozu qoyulmuş 15 923 xəstə sağalaraq evə buraxılıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Belarus   Koronavirus  





Xəbər lenti