“Azərişıq” əməkdaşlarının güllələnməsi ilə bağlı cinayət işi açıldı

   “Azərişıq” əməkdaşlarının güllələnməsi ilə bağlı cinayət işi açıldı
  27 May 2020    Oxunub:3668
Masallı rayonunda “Azərişıq” ASC-nin əməkdaşlarının güllələnməsi ilə bağlı cinayət işi açılıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən rayonun Yeddioymaq kənd sakini, 1969-cu il təvəllüdlü Mansur Şahmuradov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib. Cinayətin aləti olan ov tüfəngi maddi sübut kimi götürülüb.

Hazırda istintaq tədbirləri davam etdirilir.

Azvision.az


Teqlər: Baş-prokurorluq   Masallı   Cinayət  





Xəbər lenti