ABŞ polisi qaradərilini boğaraq öldürdü - VİDEO

 ABŞ polisi qaradərilini boğaraq öldürdü -    VİDEO
  27 May 2020    Oxunub:4144
ABŞ-da fırıldaqçılıqla məşğul olan şəxs saxlanılarkən polis tərəfindən boğularaq öldürülüb.
Azvision.az xəbər verir ki, hadisə Minneapolis ştatında qeydə alınıb.

Belə ki, polis dizi ilə şübhəli şəxsin boynunu sıxıb. Bu zaman həmin şəxs dəfələrlə nəfəs ala bilmədiyini söyləsə də, polis buna məhəl qoymayıb. Bir müddət sonra şübhəli qaradərili şəxs huşsuz vəziyyətə düşüb. Bundan sonra o, yaxınlıqdakı xəstəxanalardan birinə aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Polis onun xəstəlikdən öldüyünü açıqlasa da, videodan görünür ki, şübhəli asayiş keşikçisinin tətbiq etdiyi zorakılıqdan həyatını itirib.

Qeyd edək ki, şübhəli şəxsin ölümü ilə əlaqədar cinayət işi açılıb və hadisədə günahlandırılan polislər işdən çıxarılıb.



Kənan Məmmədov
Azvision.az


Teqlər: ABŞ   Polis  





Xəbər lenti