Rumıniya KİV-i Paşınyanın babasının faşistlərlə əməkdaşlığından yazıb

 Rumıniya KİV-i Paşınyanın babasının faşistlərlə əməkdaşlığından yazıb
  27 May 2020    Oxunub:3983
Rumıniyanın nüfuzlu “AmosNews” xəbər agentliyi Rusiyanın Lenta.ru, Qazeta.ru və digər nüfuzlu nəşrlərinə istinad edərək, Nikol Paşınyanın babasının faşistlərlə əməkdaşlığı barədə rumın dilində məqalə yayıb.
Məqalədə Ermənistanın baş naziri Nikol Paşinyanın babasının Böyük Vətən müharibəsi illərində faşistlərlə ehtimal olunan əməkdaşlığı səbəbindən baş verən qalmaqalın Rusiya mediasında və beynəlxalq KİV-lərdə müzakirəsinin davam etdiyi bildirilib.

Böyük Vətən müharibəsində həlak olanlar barədə məlumatların toplanılması məqsədilə Rusiya Müdafiə Nazirliyinin təşəbbüsü ilə yaradılan “Memorial” ümumiləşdirilmiş məlumat bankının informasiyasına görə, Nikolay Paşinyan həqiqətən alman vermaxtının erməni legionunda xidmət edən sıravi əsgər kimi Qızıl Orduya qarşı vuruşub və 1943-cü ildə həlak olub.

Qeyd olunub ki, Paşinyanın babası ilə bağlı əhvalat erməni hakimiyyətinin digər hərəkətləri ilə də mənfi çalarlar kəsb edir. Bunların ən parlaq nümunələrindən biri - Üçüncü reyxlə əməkdaşlığı sübuta yetirilmiş Qaregin Njdenin abidəsi ilə bağlı insidentdir.

1940-cı ildən başlayaraq o, erməni batalyonlarının yaradılmasında vermaxta kömək edib, daha sonra Berlində yaranmış erməni milli şurasına daxil olub. Nəticədə o, həbs edilib və ömrünü Vladimir həbsxanasında başa vurub.

Azvision.az



Teqlər: Paşinyan  





Xəbər lenti