“Azərbaycan xalqına firavanlıq arzu edirəm” - Şahzadə Salman

  “Azərbaycan xalqına firavanlıq arzu edirəm” -   Şahzadə Salman
  26 May 2020    Oxunub:5105
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Azvision.az xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına daha böyük inkişaf və firavanlıq arzu edirəm".

Azvision.az


Teqlər: Təbrik   Məktub  





Xəbər lenti