Consonun müşaviri karantini pozdu, nazir istefa verdi

Consonun müşaviri karantini pozdu, nazir istefa verdi
  26 May 2020    Oxunub:3721
Böyük Britaniyanın Dövlət naziri Duqlas Ross Baş Nazirin müşaviri Dominik Kamminqsin karantin rejimini pozmasına etiraz olaraq istefa verib.
Azvision.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Ross Baş Nazir Boris Consona qərarını izah etmək üçün məktub yazıb. Nazirin sözlərinə görə, bütün ölkə vətəndaşları Londonun tələblərinə riayət etdiyi məqamda Britaniya Baş Nazirinin müşavirinin belə addım atması səhvdir. O hesab edir ki, istefası əksər britaniyalıların fikrinin ifadəsidir.

"Hökumətin göstərişlərinə əməl edən seçicilərim var ki, onlar ən yaxın adamları, ailələri ilə belə vidalaşa bilmirlər",- deyə Ross bildirib.

Qeyd edək ki, Dominik Kamminqsin koronavirusa yoluxması ilə bağlı məlumatlar martın 28-29-da yayılıb. O, mayın 23-də valideynlərini ziyarətə gedib. Bu isə ictimaiyyət arasında etirazalara səbəb olub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: BöyükBritaniya  





Xəbər lenti