İspaniyada 10 günlük matəm elan edildi

İspaniyada 10 günlük matəm elan edildi
  26 May 2020    Oxunub:2731
İspaniyada koronavirus qurbanlarının xatirəsinə 10 günlük matəm elan edilib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə naziri Maria Xesus Montero bildirib.

Nazirlər Kabinetinin qərarına əsasən, matəm sabahdan etibarən 10 gün davam edəcək. Bütün dövlət binalarında və dəniz donanmalarında bayraqlar endiriləcək.

Bu, İspaniya tarixində ən uzunmüddətli matəmdir. Sonuncu dəfə 2017-ci ilin avqustunda Barselona və Kambrilsdə baş vermiş terror aktlarından sonra milli matəm elan edilmişdi.

Xatırladaq ki, İspaniyada epidemiya başlayandan bəri 26,8 min nəfər ölüb, 235 mindən çox yoluxma qeydə alınıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İspaniya  





Xəbər lenti