Ölkədə koronavirusdan sağalanların sayı 2819-a çatdı

 Ölkədə koronavirusdan sağalanların sayı 2819-a çatdı
  26 May 2020    Oxunub:2794
Azərbaycanda indiyədək koronavirusa yoluxan və xəstəlikdən sağalanların sayı açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, hazırkı dövrədək ölkəmizdə 4403 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2819 nəfər müalicə olunaraq sağalıb, 52 nəfər vəfat edib, 1532 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 42 nəfərin vəziyyəti ağır, 56 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti