Türkiyənin sabiq Baş Qərargah rəisi vəfat etdi

 Türkiyənin sabiq Baş Qərargah rəisi vəfat etdi
  26 May 2020    Oxunub:4234
Türkiyə Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi İsmayıl Hakkı Karadayı vəfat edib.
Azvision.az -ın məlumatına görə, 88 yaşlı ordu generalı İstanbulda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Onun bir neçə gün əvvəl yüksək temperaturla xəstəxanaya yerləşdirildiyi bildirilir. Generalın ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, İsmail Hakkı Karadayı Türkiyənin 22-ci Baş Qərargah rəisi olub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Türkiyə   Ordu   General  





Xəbər lenti