Peskov Kadırovun vəziyyətindən xəbərsizdir

Peskov Kadırovun vəziyyətindən xəbərsizdir
  26 May 2020    Oxunub:3003
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Çeçenistan lideri Ramzan Kadırovun səhhətindən xəbərsizdir.
Azvision.az xəbər verir ki, Peskov bu barədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, heç bir məlumatı yoxdur və yaxın günlərdə Çeçenistan rəhbəri ilə maraqlanacaq.

Qeyd edək ki, Ramzan Kadırovun koronavirusa yoluxması və Mosvada xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumatlar yayılıb. Koronavirusla mübarizə üzrə regional qərargahın rəhbəri Maqomed Daudov bildirib ki, Kadırov sağlamdır, haqqında yayılan xəbərlər həqiqəti əks etdirmir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Peskov   Kadırov  





Xəbər lenti