Sabiq nazir koronavirusdan öldü

Sabiq nazir koronavirusdan öldü
  26 May 2020    Oxunub:4156
Rusiyanın sabiq Energetika naziri Vladimir Lopuxin 68 yaşında koronavirusdan ölüb.
Azvision.az xəbər verir ki, bu barədə onun dostu, yazıçı Denis Draqunski "Facebook" hesabında məlumat paylaşıb.

Qeyd edək ki, Vladimir Lopuxin 1991-1992-ci ildə Rusiyanın Energetika naziri olub. O, istefadan sonra banklarda və kommersiya şirkətlərində rəhbər vəzifələrdə çalışıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti