İranda daha 57 nəfər koronavirusdan öldü

İranda daha 57 nəfər koronavirusdan öldü
  26 May 2020    Oxunub:2919
İranda son sutka ərzində koronavirusa 1787 yeni yoluxma qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur məlumat yayıb.

Bildirilib ki, ölkədə virusa yoluxanların ümumi sayı 139 min 511 nəfərdir. Koronavirus qurbanlarının sayı 57 nəfər artaraq 7508-ə çatıb. İndiyədək 109 min 437 xəstə sağalıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İran   virus  





Xəbər lenti