Təcridxanaya narkotik keçirilməsinin qarşısı alındı

Təcridxanaya narkotik keçirilməsinin qarşısı alındı
  26 May 2020    Oxunub:2784
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Bu barədə Azvision.az -a Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Cinayət Məcəlləsinin 263.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Məmmədli Nicat İlkin oğluna tanışı Sumqayıt şəhər sakini Rəhimli Ramin Mansur oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman plastmas qabda olan bibər turşusunun içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə 1,512 qram narkotik vasitə “marixuana” aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Narkotik   Təcridxana  





Xəbər lenti