Oğurluq edən keçmiş məhkumlar tutuldu

Oğurluq edən keçmiş məhkumlar tutuldu
  26 May 2020    Oxunub:3385
Sumqayıtda evdə oğurluq edilib.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 6-da şəhər ərazisindəki evlərin birindən 2 400 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar V.Əşrəfov və S.Abuşov saxlanılıb.

Azvision.az


Teqlər: Sumqayıt   DİN   Həbs  





Xəbər lenti