Bakıda 14 min manatlıq oğurluğun üstü açıldı

  26 May 2020    Oxunub : 2953
Bakıda 14 min manatlıq oğurluğun üstü açıldı
Bakıda evdən oğurluq edənlər tutulub.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin və Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 17-də rayon ərazisindəki evlərin birindən 10 000 manat pul və 4 000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş N.Salayev, T.Cəlilov və Ə.Əliyev saxlanılıb.

Azvision.az

Teqlər: DİN   Oğurluq