Gəncədə törədilən qətllə bağlı cinayət işi başlanıldı

 Gəncədə törədilən qətllə bağlı cinayət işi başlanıldı
  26 May 2020    Oxunub:3826
Mayın 26-da saat 08 radələrində Gəncə şəhər sakini, 1959-cu il təvəllüdlü Asim Yusifovun yaşadığı Gəncə şəhəri, Təbriz küçəsi, 48 saylı ünvanda üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlərlə meyitinin aşkar olunması barədə daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
Gəncə şəhər prokurorluğundan Azvision.az -a verilən məlumata görə, faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib şahidlər dindirlib və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azvision.az


Teqlər: Gəncə   Qətl   Cinayət  





Xəbər lenti