Sumqayıtda ağır qəza: 4 ölü, 1 yaralı

   Sumqayıtda ağır qəza:    4 ölü, 1 yaralı
  26 May 2020    Oxunub:4498
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Sumqayıt şəhərində “Saipa” və “Opel” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri “Saipa” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 4 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alan digər 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: Sumqayıt   Qəza  





Xəbər lenti