Səfirlik Pakistanda 400 ailəyə yardım edib - FOTO

Səfirlik Pakistanda 400 ailəyə yardım edib -    FOTO
  26 May 2020    Oxunub:3550
Azərbaycannın Pakistandakı səfirliyinin kollektivi koronavirus pandemiyasının nəticələrinin aradan qaldırılmasına töhfə vermək üçün bu ölkədə 400-dən çox ailəyə ərzaq paketləri paylayıb.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycanın Pakistandakı səfirliyinin rəsmi “Twitter” səhifəsində məlumat paylaşılıb.

Qeyd edək ki, Pakistanda indiyədək 57 min 705 nəfər koronavirusa yoluxub. Onlardan 18 min 314 nəfər sağalıb, 1197 nəfər dünyasını dəyişib.





Azvision.az


Teqlər:





Xəbər lenti