Bu günün hava proqnozu

Bu günün hava proqnozu
  26 May 2020    Oxunub:3688
Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Milli Hidrometeorologiya Xidmətindən Azvision.az -a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 14-16, gündüz 21-26, Bakıda gecə 14-16, gündüz 23-25 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 761 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 26-31, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacaq.

Azvision.az


Teqlər: Hava  





Xəbər lenti