Türkiyədə koronavirusdan ölənlərin sayı 4369-a çatdı

   Türkiyədə koronavirusdan ölənlərin sayı 4369-a çatdı
  26 May 2020    Oxunub:4136
Türkiyədə son sutka ərzində 29 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bir gündə 987 yeni yoluxma faktı qeydə alınıb. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 4369, yoluxanlar isə 157 min 814 nəfərə çatıb.

Türkiyədə indiyədək 120 min 15 xəstə sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  





Xəbər lenti