Bakı-Naxçıvan reysinin açılması üçün müraciət edildi

 Bakı-Naxçıvan reysinin açılması üçün müraciət edildi
  25 May 2020    Oxunub:4975
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov nümayəndəliyə olan çoxsaylı müraciətlərlə baģlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha Naxçıvan-Bakı-Naxçıvan istiqamətində təyyarə reyslərinin açılması ilə baģlı məktubla müraciət edib.
Azvision.az xəbər verir ki, bu barədə daimi nümayəndəliyin rəsmi saytında (ndn.az) məlumat yerləşdirilib.

Qeyd edək ki, 2020-ci il aprel ayının 5-də KOVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə, Naxçıvan-Bakı-Naxçıvan istiqamətində təyyarə reysləri dayandırılıb.

Azvision.az


Teqlər: Naxçıvan   Təyyarə   Aviareys   Uçuş  





Xəbər lenti