Kəşfiyyatçılar arasında yarışlar keçirilib - VİDEO

Kəşfiyyatçılar arasında yarışlar keçirilib -    VİDEO
  25 May 2020    Oxunub:3090
Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı kəşfiyyat taqım-qrup komandiri” və “Ən yaxşı kəşfiyyat qrupu” adı uğrunda yarışlar keçirilib.
Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, yarışın planına əsasən əvvəlcə sıra baxışı keçirilib və şəxsi heyətin təchizatı yoxlanılıb, iştirakçılara yarışın məqsədi və təhlükəsizlik qaydaları çatdırılıb. Hərbi hissə və təlim mərkəzlərində keçirilən yarışlarda komadirlərin və şəxsi heyətin nəzəri bilikləri, fiziki hazırlığı və praktiki vərdişləri yoxlanılıb.



Ərazidə maskalanma və hərəkət, gündüzləmə yerinin və mühafizənin təşkili, atıcı silahlardan praktiki atışlar yerinə yetirilib. Sonda qaliblər Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən mükafatlandırılıblar.




Azvision.az



Teqlər: Mn   Ordu   Naxçıvan  





Xəbər lenti