İspaniya xaricdən gələnlər üçün karantini ləğv edir

İspaniya xaricdən gələnlər üçün karantini ləğv edir
  25 May 2020    Oxunub:3177
İspaniya hökuməti iyulun 1-dən etibarən xaricdən gələnlər üçün iki həftəlik məcburi karantini ləğv edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hökumət iyulun 1-dən xarici turistlər üçün karantini ləğv edir. Qərar bu gün hökumətin videokonfrans formatında keçirilən iclasında qəbul edilib.

Bundan öncə isə İspaniyaya gələn hər bir şəxs məcburi qaydada karantinə alınırdı.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İspaniya   Karantin  





Xəbər lenti