Şamaxının icra başçısından koronavirus açıqlaması - VİDEO

Şamaxının icra başçısından koronavirus açıqlaması -  VİDEO
  25 May 2020    Oxunub:4875
"Mütəmadi olaraq digər rayonlar kimi Şamaxıda da koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün bir sıra tədbirlər görülür".

Azvision.az xəbər verir ki, bunu Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov AzTV-yə müsahibəsində deyib.
O, hazırda sosial izolyasiya rejimində işlədiyini bildirib: "Növbəti testlərin birində əməkdaşlarımızın birində test müsbət çıxdı və bundan sonra digər bütün əməkdaşlar, o cümlədən mən özüm də hazırda sosial izolyasiya rejimində öz işimizi davam etdiririk. Daha çox onlayn bağlantı vasitəsilə, heç kimlə təmasda olmamaq şərtilə fəaliyyətimizi davam etdiririk".



Azvision.az


Teqlər: Şamaxı   Koronavirus  





Xəbər lenti