Şamaxıdakı ölüm hadisəsi ilə bağlı cinayət işi başlanıldı

 Şamaxıdakı ölüm hadisəsi ilə bağlı cinayət işi başlanıldı
  25 May 2020    Oxunub:4086
Bu gün səhər saatlarında Şamaxı rayonunda iş zamanı hündürlükdən yıxılma nəticəsində 1 nəfər dünyasını dəyişib, digəri isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Şamaxı rayon Prokurorluğundan Azvision.az -a verilən məlumata görə, artıq hadisə ilə bağlı Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin olunub.

Hazırda hadisənin baş vermə səbəbləri dədiqləşdirilir, ərazidə istintaq tədbirləri davam etdirilir.

Azvision.az



Teqlər: Şamaxı   Qəza   Cinayət  





Xəbər lenti