İrəvanda uşaq evində koronavirusa kütləvi yoluxma olub

İrəvanda uşaq evində koronavirusa kütləvi yoluxma olub
  25 May 2020    Oxunub:2851
İrəvanda əqli və fiziki qüsurlu azyaşlıların olduğu uşaq evində koronavirusa yoluxma aşkarlanıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Sosial rifah və əmək nazirliyinin mətbuat katibi Sona Martirosyan təsdiqləyib.

Onun sözlərinə görə, 46 nəfər testdən keçirilib, 15 nəfərin nəticəsi müsbət çıxıb. Xəstəliyə yoluxan 6 nəfər müəssisənin işçisidir, 9-u isə uşaqdır. Virusa yoluxanların hamısı təcrid edilib.

Qeyd edək ki, daha əvvəl Ermənistanda qocalar evində də kütləvi yoluxma baş verib. Orada 45 nəfərdə koronavirus aşkarlanıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: İrəvan   Koronavirus   Ermənistan  





Xəbər lenti