Sürücü törətdiyi qəzada öldü

Sürücü törətdiyi qəzada öldü
  25 May 2020    Oxunub:2948
Ağdaş rayonunun Xosrov kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, mayın 24-də saat 10 radələrində Ağdaş rayonunun Xosrov kəndi ərazisində Aralbir kənd sakini Niyaz Gərayev idarə etdiyi “VAZ-21011” markalı avtomobili yolun kənarındakı ağaca vurub və nəticədə hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti