Yaponiyada fövqəladə vəziyyət ləğv edildi

Yaponiyada fövqəladə vəziyyət ləğv edildi
  25 May 2020    Oxunub:4891
Yaponiyada koronavirusla əlaqədar aprelin 8-dən tətbiq edilən fövqəladə vəziyyət rejimi ləğv olunub.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Baş Nazir Şinzo Abe deyib.

Onun sözlərinə görə, bu gündən paytaxt daxil olmaqla, 5 prefekturada (Tokio, Kanaqava, Saytama, Tiba, Hokkaydo) fövqəladə rejim ləğv edilib.

“Fövqəladə vəziyyət rejimi bütün ölkə üzrə ləğv olunur”, - deyə Baş Nazir vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl 47 prefekturanın 42-də fövqəladə vəziyyət rejimi aradan qaldırılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Yaponiya   Koronavirus  





Xəbər lenti