Monteneqro koronavirusa qalib gəldi

Monteneqro koronavirusa qalib gəldi
  25 May 2020    Oxunub:3541
Monteneqro koronavirusu uğurla məğlub edib, hazırda ölkədə yoluxmuş insan yoxdur.
Azvision.az xəbər verir ki, bu barədə Monteneqro Prezidenti Milo Cukanoviç deyib.

"Monteneqro koronavirus problemini müvəffəqiyyətlə dəf etdi. Artıq xəstələr yoxdur. Ən vacib dəyər - insanların həyatı uğrunda gedən böyük mübarizənin bu mərhələsi uğurla başa çatdı", - deyə Cukanoviç “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, belə bir nəticə dövlət orqanlarının və bütövlükdə cəmiyyətin yüksək məsuliyyəti sayəsində mümkün olub.

Monteneqro Səhiyyə Nazirliyinin məlumatına görə, pandemiya başlayandan bəri ölkədə 324 nəfər virusa yoluxub, 9 vətəndaş ölüb. Son 68 gündə yoluxma qeydə alınmayıb, bütün xəstələr sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti