Mingəçevirdəki qəza ilə bağlı cinayət işi başlandı - RƏSMİ

   Mingəçevirdəki qəza ilə bağlı cinayət işi başlandı -    RƏSMİ
  25 May 2020    Oxunub:3416
Mayın 24-də saat 13 radələrində Mingəçevir şəhərinin Şəfa bağlar sahəsi ərazisində Ağdam rayon sakini Z.Xudiyeva ərinə məxsus “Opel” markalı avtomobili idarə edərkən şəhər sakinləri olan 13 nəfəri (onlardan 9-u azyaşlı olmuşdur) vurub və nəticədə onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, onlara ilkin tibbi yardım göstərildikdən sonra 10 nəfəri evə buraxılmış, 3 nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı Mingəçevir ŞPŞ-də Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti