Azərbaycan XİN İordaniyanı təbrik edib

Azərbaycan XİN İordaniyanı təbrik edib
  25 May 2020    Oxunub:3440
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İordaniyanı Müstəqillik günü münasibətilə təbrik edib.
Azvision.az xəbər verir ki, bu barədə XİN-in “Twitter” hesabında paylaşım edilib.

“Bu əlamətdar gündə İordaniyaya Müstəqillik günü münasibətilə ən xoş arzularımızı və təbriklərimizi çatdırırıq. Dost İordaniya xalqına möhkəm cansağlığı, uğurlar və daimi firavanlıq diləyirik”, - deyə təbrikdə qeyd olunub.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: XİN   Təbrik  





Xəbər lenti