Ermənistanda koronavirusa yoluxma sayı kəskin artdı

 Ermənistanda koronavirusa yoluxma sayı kəskin artdı
  25 May 2020    Oxunub:3743
Ermənistanda son sutka ərzində daha 452 nəfər yeni növ koronavirusa yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə ümumi yoluxma sayı 7113-ə yüksəlib.

Son sutkada 6 nəfər olmaqla, indiyədək xəstəlikdən 87 nəfər ölüb. Digər səbəblərdən ölən koronavirus xəstələrinin sayı 39 nəfərdir. Bu günə kimi 3145 nəfər isə koronavirusdan sağalıb.

Xatırladaq ki, dünən Ermənistanda yoluxma sayı 6661 olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Koronavirus   Yoluxma   Pandemiya  





Xəbər lenti